Kamran Əsədov məhkəmədə   ETİRAF ETDİ

saytların hazırlanması

Evə çatdırılma

Kamran Əsədov məhkəmədə ETİRAF ETDİ

Kriminal

14 Dekabr 2025 14:50 1529


Cinayət məsuliyyətinə cəlb olunan tanınmış təhsil eksperti Kamran Əsədov məhkəmdə ifadə verən zaman günahkar olduğunu etiraf edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə məhkəmədə iştirak edən teleoperator Nazir Quliyev bildirib.

"Mən bəzi sosial şəbəkələrdə təhsil eksperti Kamran Əsədovla bağlı gedən müzakirələrə münasibət bildirmək istəyirəm. Gəncə şəhər Məhkəməsində mən də iştirak etmişəm. Hakimin verdiyi suala cavabında o özünü günahkar hesab etdiyini və imtahanla bağlı ona müraciət edən abituriyentləri Gəncə şəhərində tarix müəllimi kimi çalışan Gündüz Abbasovun yanına yönləndirdiyini etiraf edib. Qısası, bu fikrimi niyə yazdım? Rəylərə baxıram, bəzi insanlar yazır ki, belə şey olmaz, Kamran müəllimi tanıyırıq. Ancaq insan etdiyi əməli məhkəmədə təsdiqləyir, boynuna alır", - Nazir Quliyev vurğulayıb. pizza mizza

Qeyd edək ki, Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə), və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Kamran Əsədov barədə isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!