Ekstravaqant ifadə tərzi ilə tanınan Kamran Həsənli Ukrayna dövlət gerbinin (tuğra) türk mənşəli olduğunu iddia edib.
"Yeni Sabah" xəbər verir ki, bu iddia qısa zamanda türkçülüyü təbliğ edən sosial media hesablarında paylaşılıb.
Məlum həqiqət budur ki, kiçik gerb (tuğra) kimi təsdiqlənmiş təsvir - "Trizub", "Trezub" və ya "Trezubets" mavi sahədə əks olunan unikal formalı qızıl rəmzdir. O, Rus Dövlətinin banisi sayılan Rurik sülaləsi gerbinin bir variantından qaynaqlanır. Toyuqlu pizza
Keçmişdə bu, Rurik sülaləsindən olan bir neçə hökmdarın, xüsusən də Böyük Vladimir və Müdrik Yaroslavın şəxsi gerbi olub.
Elmi ədəbiyyatda Ukrayna gerbi olan "Trezub"un mənşəyi və mənası ilə bağlı bir çox nəzəriyyələr mövcuddur, lakin onların heç biri hamılıqla qəbul edilmir.
Ən əsaslı nəzəriyyələr budur: gerb səmavi od tanrısı olan Raroq şahininin, yaxud "tanrıların silahı" - mavi səmada ildırım quşunun stilizə edilmiş təsviridir.
"Trezub" terminini rus tarixçisi N.Karamzin tanıdıb və o, 1816-cı ildə yazdığı "Rusiya Dövlətinin tarixi" əsərində Yaroslavın gümüş sikkələrini təsvir edərkən arxa tərəfinin mərkəzində "Trezubets" simvolunun olduğunu qeyd edib.
Digər həqiqət budur ki, Rurik mənşəli rəmzə Skandinaviya və Şimali Avropadakı vikinq sikkələrində ümumiyyətlə rast gəlinməyib.
Nazim Hacıyev
Telegram kanalımız