Kanada Türkiyəyə “Bayraktar”ın hissələrinin tədarükünü bərpa edəcək

saytların hazırlanması

Evə çatdırılma

Kanada Türkiyəyə “Bayraktar”ın hissələrinin tədarükünü bərpa edəcək

Dünya

26 Yanvar 2024 22:24 449


Kanada hakimiyyəti Türkiyəyə pilotsuz uçuş aparatları (PUA) üçün komponentlərin tədarükünə qoyulan qadağanı aradan qaldırır.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Yanvarın əvvəlində tərəflər razılığa gəliblər. Müqavilənin şərtlərinə görə, Ankara İsveçin NATO-ya üzvlüyünü təsdiqləmə prosesini nəhayət başa vurduqdan sonra ixrac bərpa edilməlidir. Dominos pizza

Ottava həmçinin Kanada komponentləri ilə türk PUA-larının istifadəsi ilə bağlı daha çox şəffaflıq tələb edib.

Qeyd edək ki, Kanada bu qadağanı 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin PUA-larından istifadə etməsindən sonra tətbiq edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!