Kanada hökuməti parlamentə 2022-2023-cü illərdə Ukraynaya silah və yeni kreditlərin alınması üçün maliyyə vəsaitini nəzərdə tutan yeni büdcə təqdim edib.
Yenisabah.az xəbər veir ki, bu barədə kanadalı deputat İvan Beyker özünün twitter səhifəsində yazıb.
"Bir neçə dəqiqə əvvəl maliyyə naziri Kristiya Friland Kanadanın federal büdcəsini təsdiq etdi. Buraya 2022-2023-cü illərdə Ukraynaya əlavə hərbi yardım göstərmək üçün əlavə 500 milyon dollar və Ukrayna üçün 1 milyard dollara qədər yeni kredit resursları daxildir. Kanada, ukraynalılar qalib gələnə qədər onlarla olacaq". Pepperoni pizza
Kristia Friland əlavə edib ki, Kanada hökuməti Rusiya işğalından əvvəl dəstək proqramının üzərində işləməyə başlayıb.
"Biz bu büdcə üzərində işləməyə başladığımız ilk gündən bu artım proqramı həmişə bizim narahatlığımızın mərkəzində olub. Sonra Vladimir Putin Ukraynanı işğal etdi", o, twitter hesabında yazıb .
Cavad Salmanli
Telegram kanalımız