Kann festivalı təxirə salına bilər

saytların hazırlanması

Evə çatdırılma

Kann festivalı təxirə salına bilər

Mədəniyyət

07 Yanvar 2021 11:03 995


Sanitar vəziyyətdən asılı olaraq 74-cü Kann festivalı 2021-ci il iyun və ya iyul aylarının sonunda təşkil oluna bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə festivalın təşkilatçıları məlumat veriblər.

Bildirilib ki, koronavirus pandemiyasına görə 2020-ci ilin mayında təxirə salınan festivalın cari ildə tarixini müəyyən etmək üçün vaxta ehtiyac var. pizza mizza

İlkin olaraq festivalın keçirilməsi mayın 11-dən 22-dək müəyyən edilib, ancaq pandemiyanın yaratdığı sanitar vəziyyətdən asılı olaraq festival iyun-iyul aylarının sonunadək təxirə salına bilər. (Azərtac)

Qeyd edilib ki, sanitar vəziyyətə baxmayaraq ötən ilin sentyabrında Berlin və Venesiya biennaleləri keçirilsə də, Kann festivalı təxirə salındı. Cari ildə isə ilin ən böyük Biennalesi olan “Berlinale” artıq mart ayına qədər təxirə salınıb və pandemiyaya görə virtual keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!