Kanteyə görə Ərdoğana təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Kanteyə görə Ərdoğana təşəkkür etdi

İdman

04 Fevral 2026 14:48 470


“Fənərbaxça” klubu Fransa millisinin yarımmüdafiəçi N’Qolo Kantenin transfer prosesində göstərdiyi dəstəyə görə Prezident Rəcəb Tayyib Erdoğana təşəkkür edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə klubun prezidenti Sadettin Sara bəyanat yayıb.

“Klubumuz dünya futbolunun önəmli isimlərindən N’Qolo Kante’nin transferini uğurla tamamlayıb. Prezidentimiz cənab Rəcəb Tayyip Erdoğana həm “Fənərbaxça”mızın, həm də Türkiyə futbolunun inkişafına töhfə verəcək bu prosesin müsbət nəticələnməsində verdikləri əhəmiyyətli dəstək üçün şəxsən və klubum adından təşəkkür edirəm” - deyə bəyanatda qeyd olunub. Dördpendirli pizza

Xatırladaq ki, “Fənərbaxça” son olaraq “Əl İttihad”da (Səudiyyə Ərəbistanı) çıxış edən 34 yaşlı oyunçu ilə 2,5 illik müqavilə bağlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!