Kapital Bank yeni bölməsini istifadəyə verdi

saytların hazırlanması

Evə çatdırılma

Kapital Bank yeni bölməsini istifadəyə verdi

Sosial

11 Fevral 2019 15:07 1102


Kapital Bankın Mərkəz filialı yeni ünvana köçürülüb və filial nəzdində yeni Fərdi Bankçılıq bölməsi istifadəyə verilib.

“Yeni Sabah” xəbər verir ki, filial Bakı şəhəri, Bülbül prospekti 60 ünvanında (Gülüstan Resedence) fəaliyyət göstərir. 

Mərkəz filialının Fərdi Bankçılıq bölməsi xüsusi dizayn əsasında hazırlanaraq müştərilərə ənənəvi bank xidmətləri ilə yanaşı bir sıra yeni xidmətlər də göstərəcək: bank əməkdaşı ilə əvvəlcədən danışılmış görüş vaxtı, ödəniş kartlarının və digər bank sənədlərinin ünvana çatdırılması, şəxsi assistent xidməti, konsyerj vasitəsilə bir sıra xidmətlərin sifarişi, aviabilet və otellərin bron edilməsi, xaricdə olan istənilən məhsulun alınması, sənədləşdirilməsi və ünvana çatdırılması və s. Yeni bölmə müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.  Dominos pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!