Kapital Bankdan Xalq artisti ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Kapital Bankdan Xalq artisti ilə bağlı açıqlama

Mədəniyyət

26 Noyabr 2025 14:28 1121


Kapital Bank Xalq artisti Mehriban Zəkinin dələduzluqla üzləşməsi məsələsinə münasibət bildirib.

“Yeni Sabah”ın xəbərinə görə, bank ehtiyatlı davrandığı və müştəriləri bu mövzuda məlumatlandırdığı üçün sənətçiyə təşəkkür edib:

“Bir daha qeyd edirik ki, aidiyyatı qurumların və bankların təhlükəsizlik tədbirləri ilə yanaşı, hər kəsin kiberdələduzluğa qarşı diqqətli olması olduqca vacibdir. Kartın üzərindəki 16 rəqəmli PAN nömrə, kartın arxasında olan 3 rəqəmli CVV kod və mobil nömrəyə göndərilən 4 rəqəmli OTP şifrə yalnız kart sahibinə məxsusdur və bu məlumatları heç kimlə bölüşmək olmaz. Unutmayaq ki, heç bir bank əməkdaşı müştəriyə sosial şəbəkə hesablarından və ya xarici nömrədən zəng edə bilməz. Kapital Bank adından zəng edən şəxslərin isə bank əməkdaşı olub-olmadığını yoxlamaq olduqca asandır. Bunun üçün müştərilər zəng edən şəxsdən mobil tətbiqə bank əməkdaşı olduğunu təsdiq edən bildiriş göndərməsini tələb edilə bilər. O həqiqətən bank əməkdaşıdırsa, vətəndaş Birbank mobil tətbiqində bunu təsdiq edən bildiriş alır. Bildirişdə qeyd edilir: “Dəyərli Birbanklı, bank məhsulunu təklif edən şəxsin bankımızın əməkdaşı olduğunu təsdiq edirik. Bizə güvəndiyiniz üçün təşəkkür edirik. Mobil tətbiqdə bildiriş alındığı təqdirdə zəng edən şəxslə danışığı davam etdirmək olar, əks halda zəngi dərhal sonlandırmaq lazımdır”. Sezar pizza

Qeyd edək ki, son zamanlar insanları müxtəlif yollarla aldadaraq onlara məxsus vəsaitləri mənimsəməyə çalışan dələduzların hədəfi bu dəfə Xalq artisti Mehriban Zəki olub. O, bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib. Məlum olub ki, özünü Kapital Bank əməkdaşı kimi təqdim edən dələduz ona WhatsApp sosial şəbəkəsi üzərindən zəng edib və şəxsi məlumatlarını istəyib. Dələduzluq halları ilə bağlı məlumatlı olan M.Zəki heç bir məlumat təqdim etməyib və dərhal bankla əlaqə saxlayıb. Bankdan ona həmin nömrənin həqiqətən də banka aid olmadığı bildirilib və zəng edən şəxsin dələduz olduğu təsdiq edilib.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!