Kapital Bank-ın Visa və MasterCard kart sahibləri Mərkəzi Bankın keçirdiyi “Kartla ödə, kartla qazan” adlı lotereyada iştirak edə bilərlər.
“Yeni Sabah” xəbər verir ki, şərtlərə görə ölkə daxilindəki POS terminallar vasitəsilə minimum 5 AZN ödəniş edən müştərilər, avtomatik olaraq lotereya iştirakçısına çevrilirlər.
30 aprel 2019-cu il tarixinədək davam edəcək lotereyada hər ay ölkə üzrə 600 nəfər müştərinin hər biri 50 AZN məbləğində vəsait qazanacaq. Marqarita pizza
Qeyd edək ki, Visa və MasterCard kartlarını Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.
Telegram kanalımız