Karantin günlərində yol qəzalarında görünməmiş   STATİSTİKA

saytların hazırlanması

Evə çatdırılma

Karantin günlərində yol qəzalarında görünməmiş STATİSTİKA

Hadisə

07 İyun 2020 14:00 853


İyunun 6-dan 7-dək sərt karantin rejiminin tətbiq edildiyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınmayıb.

Yenisabah.az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

K.Əliyevin sözlərinə görə, vətəndaşların küçəyə çıxması qadağan olunduğundan qəza da olmayıb. pizza mizza

BDYPİ-nin rəsmisi qeyd edib ki, ümumilikdə respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 qəza olub:

"Bunlardan biri Ağdaşda qeydə alınıb. Belə ki, aşma nəticəsində 1 nəfər dünyasını dəyişib. Digəri isə Göyçayda piyadanın vurulması və ölümü ilə nəticələnən avtomobil qəzasdır. Bunlar da karantin şəhərləri deyil".

Qeyd edək ki, Baş Nazir Əli Əsədovun qərarı ilə iyunun 6-sı 00:00-dan iyunun 8-i saat 06:00-a kimi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonun xüsusi karantin rejimi sərtləşdirilib.

Vətəndaşların yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!