Karantin rejimi ilə bağlı sənədli filmlər çəkiləcək - Azərbaycanda

saytların hazırlanması

Evə çatdırılma

Karantin rejimi ilə bağlı sənədli filmlər çəkiləcək - Azərbaycanda

Mədəniyyət

10 Aprel 2020 19:51 859


Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının Bakı Media Mərkəzi ilə birgə sosial film layihələrinin çəkilişini nəzərdə tutan müqavilə təsdiq olunub.

Nazirlikdən Yenisabah.az-a daxil olan məlumata görə, müqaviləyə əsasən ölkəmizdə koronavirus (COVID-19) infeksiyası ilə bağlı elan olunmuş xüsusi karantin rejimi dövründə görülən tədbirlərə həsr olunmuş bir neçə sosial sənədli filmin istehsalı planlaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!