Karantindən sonra səfərə gedib-qayıdanlar karantinə yerləşdiriləcək?   - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Karantindən sonra səfərə gedib-qayıdanlar karantinə yerləşdiriləcək? - Açıqlama

Turizm

26 May 2020 19:14 1892


Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ölkədə karantin rejimi başa çatdıqdan sonra səfərə gedib-qayıdan Azərbaycan vətəndaşlarının 14 gün müddətinə karantinə yerləşdiriləcəyi ilə bağlı yayılmış söz-söhbətə münasibət bildirib. 

Yenisabah.az xəbər verir ki, qurumun İdarə Heyətinin sədri Rüfət Hacıyev bildirib ki, bu məlumat həqiqəti əks etdirmir.

O deyib: “Düşünürəm ki, bu fikir şəxsi mövqedən irəli gələrək səsləndirilib. Qeyd olunan məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi qərarı yoxdur. Vətəndaşlarımıza məsləhət görərdim ki, yalnız rəsmi məlumata inansınlar”.   /Report Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!