Azərbaycan karateçiləri 19-21 apreldə Mərakeş Krallığının paytaxtı Rabatda Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından Premyer Liqa turnirində mübarizəyə başlayıblar.
“Yeni Sabah” xəbər verir ki, mövsümün 3-cü mərhələsinin ilk yarış günü 6 idmançımız döyüşlərə qatılıb. Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (-67 kq), Rafael Ağayev (-75 kq), eləcə də Nuranə Əliyeva (-50 kq) və İlahə Qasımovanın (-55 kq). Medallar uğrunda döyüşlər bazar günü keçiriləcək. Digər karateçilərimiz isə bu gün yarışa çıxacaqlar.
İdmançılarımızın nəticələri Şəhzadə Mulay Abdulla İdman kompleksində yarışdan birbaşa təqdim olunur. pizza
Kumite, kişilər
-60 kq
Firdovsi Fərzəliyev
1. Nader Əzzuzi (Tunis) - Viktor Stefanyuk (Ukrayna) görüşünün qalibi ilə ikinci dövrədə - 0:1
Mübarizəni başa vurdu.
-67 kq
Rafiz Həsənov
1. Stjepan Stimac (Xorvatiya) - 2:2
2. Denis Kopıtko (Ukrayna) - 0:1
Mübarizəni başa vurdu.
Hümmət Baxşəliyev
1. David Pataridze (Gürcüstan) - 0:3
Mübarizəni başa vurdu.
-75 kq
Rafael Ağayev
1. Əli Əsgər Asiabari (İran) - Beslan Mızov (Rusiya) görüşünün qalibi ilə ikinci dövrədə - 2:3
Təsəlliverici görüşlər
2. Beslan Mizov (Rusiya) - 0-0 (texniki qələbə)
3. Enes Qaribovic (Xorvatiya) - 2:1
4. Bəşər Əlnəjjər (İordaniya) - 2:0
Bürünc medal görüşü (bazar günü)
5. Loqan Da Kosta (Fransa) -
Qadınlar
-50 kq
Nuranə Əliyeva
1. Yamayka Kuyper (Nederland) - 1:1 (hakimlərin "Hantei" qərarı ilə 2-3)
Mübarizəni başa vurdu.
-55 kq
İlahə Qasımova
1. Assel Serikova (Qazaxıstan) - 5:1
2. Şiori Nakamura (Yaponiya) - 1:2
Telegram kanalımız