Karateçilərimiz Avropa çempionatında 4 medal qazanıb

saytların hazırlanması

Evə çatdırılma

Karateçilərimiz Avropa çempionatında 4 medal qazanıb

İdman

01 Aprel 2019 15:48 895


Azərbaycan milli komandası 28-31 mart tarixlərində İspaniyanın Quadalaxara şəhərində Avropa çempionatını bir qızıl və gümüş, eləcə də 2 bürünc medalla başa vurub.

“Yeni Sabah” xəbər verir ki, Para-Karate yarışlarının gözdən zəif idmançılar kateqoriyasında Sahib Əhədov Avropa çempionu oldu. Fərdi kumite yarışlarında Rafael Ağayev (-75 kq) gümüş medala, Asiman Qurbanlı (+84 kq) isə bürünc mükafata sahib oldu. Daha bir bürünc medalı Roman Heydərov (kata) qazanıb.

Nuranə Əliyeva (-50 kq), həmçinin  İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata milli komandası bürünc medal uğrunda görüşdə qələbəni əldən verib. Rafiz Həsənov (-67 kq) və Ayxan Mamayev (-84 kq) təsəlliverici döyüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər.  pizza sifarişi

Nəticələrdən başqa, mərhələ keçən İdmançılarımız dünya reytinq cədvəli ilə birgə, 2-ci Avropa oyunları və 2020-ci ildə Yay Olimpiya Oyunlarına lisenziyalar uğrunda reytinq xallarını artırıblar. Yaxın günlərdə 2-ci Avropa Oyunlarına vəsiqə qazanan karateçilərin siyahısı açıqlanacaq. 

Böyüklərin 54-cü Avropa çempionatında 51 ölkədən 508 idmançı iştirak edib. Azərbaycan medal qazana bilən 26 ölkə arasında 10-cu yeri tutub. 

Qitə çempionatının sonunda təşkilatçı ölkə kimi İspaniya Karate Federasiyasının prezidenti Antonio Marquenyo və Avropa Karate Federasiyasının (EKF) 1-ci Vitse-Prezidenti Jiri Bocek, EKF-in bayrağını 2020-cu ildə 55-ci Avropa çempionatının təşkilatçısı Azərbaycana təqdim ediblər.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti və EKF-in İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov rəsmi mərasimdə EKF-in bayrağını qəbul etdi. Növbəti qitə çempionatı gələn ilin martında paytaxtımızda təşkil olunacaq. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!