5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, uşaqlar arasında 7-ci "Zirvə Oyunları” davam edir.
“Yeni Sabah” xəbər verir ki, 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda növbə karateçilərə çatıb.
Yarışda Azərbaycanın bütün bölgələrindən 30-dan çox klubu təmsil edən 400-ə yaxın idmançının çıxış edib. Yarışın qonaqları içərisində Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov da olub. O, döyüşləri izləyib, medal təltifi mərasimində iştirak edib. pizza mizza
Karate yarışları ayrı-ayrılıqda 5 yaş, 6-7 yaş, 8-9 yaş, 10-11 yaş və 12-13 yaş qruplarına müxtəlif çəki dərəcələrində keçirilib. Qalib və mükafatçılara medal, diplom və xüsusi hədiyyələr təqdim olunub.
Qeyd edək ki, "Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.
Telegram kanalımız