Karen Kazaryana 20 il iş verildi

saytların hazırlanması

Evə çatdırılma

Karen Kazaryana 20 il iş verildi

Kriminal

27 Fevral 2019 21:45 1028


Gəncə Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda təxribat törətməyə cəhd göstərərkən saxlanılan erməni diversant Karen Kazaryanın cinayət işi üzrə keçirilən məhkəmə prosesi başa çatıb.

Hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə K.Kazaryan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 20 il azadlıqdan məhrum edilib.

İttihama görə, erməni diversant Karen Armeni Kazaryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həyat və sağlamlıq əleyhinə olan cinayətlər (120-143) - 120.2.12; 120.2.7; 120.2.11; 120.2.5; 120.2.1; İqtisadi fəaliyyət sahəsində olan cinayətlər (190-213) - 206.3.2; İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər (214-233) - 214.2.1; 228.1; 214-3.1; 214.2.3; Dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər (274-285) - 282.1; 276; İdarəetmə qaydası əleyhinə olan cinayətlərdə (315-326) - 318.2 təqsirli bilinib. Toyuqlu pizza

Xatırladaq ki, 2018-ci il iyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü – 1984-cü il təvəllüdlü Karen Kazaryan əsir götürülüb.

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!