Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirinin qalibi müəyyənləşib.
“Yeni Sabah” xəbər verir ki, hazırkı dünya çempionu norveçli Maqnus Karslsen 8-ci turda Rusiya təmsilçisi Sergey Karyakini məğlub edərək xallarının sayını 6-a yüksəldib.
Şəhriyar Məmmədyarov autsayder Aniş Giri ilə heç-heçə edib. Teymur Rəcəbov isə cari turda Hindistan təmsilçisi Vişvanatan Anandla xalı yarı bölüb. pizza
Qeyd edək ki, Maqnus Karlsen daha öncə 2014, 2015 və 2018-ci illərdə bu turnirin qalibi olub.
Turnir cədvəli:
1. Maqnus Karlsen - 6 xal; 2-3. Sergey Karyakin, Aleksandr Qrişuk - 4,5 xal; 4-5. Vişvanatan Anand, Teymur Rəcəbov - 4 xal; 6-8. David Navara, Veselin Topalov, Liren Dinq - 3,5 xal; 9. Şəhriyar Məmmədyarov - 3 xal; 10. Aniş Giri - 2,5 xal
Telegram kanalımız