Karluş Keyruş Kolumbiya yığmasına baş məşqçi təyin olunub

saytların hazırlanması

Evə çatdırılma

Karluş Keyruş Kolumbiya yığmasına baş məşqçi təyin olunub

İdman

07 Fevral 2019 18:16 1066


İran yığmasının sabiq baş məşqçisi Karluş Keyruş Kolumbiya milli komandasının sükanı arxasına keçib. 

Kolumbiya Futbol Federasiyasının məlumatına görə,  portuqaliyalı mütəxəssisin təqdimat mərasimi bu gün olacaq. O, 2018-ci ilin sentyabrında istefa vermiş argentinalı Xose Pekermanı əvəzləyib. Rusiyada keçirilmiş 2018-ci il dünya çempionatının 1/4 finalında Kolumbiya millisi İngiltərəyə penaltilər seriyasında uduzub. 

Həmin mundialda Keyruş qrupdan çıxa bilməyən İran yığmasının baş məşqçisi olub. Əvəzində 66 yaşlı mütəxəssis bu komanda ilə Asiya Kubokunda yarımfinaladək irəliləyib. Daha sonra o, İran Futbol Federasiyasının yeni müqavilə təklifini müsbət cavablandırmayıb.  pizza

Qeyd edək ki, Karluş Keyruş bu yaxınlarda Azərbaycan millisinin baş məşqçi postunda çalışmağa razılıq verməyib. O, İran yığmasına 2011-ci ildən rəhbərlik edirdi. 

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!