Koronavirus pandemiyası dövründə kasıb ölkələrin borclarının ödənilməsinin təxirə salınması və ya yumşaldılması məsələsi aktuallaşıb. Aparıcı dövlətlər və beynəlxalq qurumlar yaranmış vəziyyətə reaksiya vermək məcburiyyətindədirlər.
Beynəlxalq Valyuta Fondu 25 inkişaf etməkdə olan ölkəni altı ay müddətinə təşkilat qarşısında borclarının ödənilməsindən azad etmək barədə qərar çıxarıb. Onların əksəriyyəti Afrika ölkələridir. Fransa prezidenti Emmanuel Makronun Afrika ölkələrinin borclarına moratorium tətbiq edilməsinə dair çağırışı da diqqəti cəlb edir.
Koronavirusla bağlı maliyyə böhranının dərinləşməsi postsovet məkanındakı ölkələrdən də yan keçməyib. Belə ki, Qırğızstan ölkə iqisadiyyatında yaranan problemlərini nəzərə alaraq Çindən borcların ödənilməsi şərtlərinin asanlaşlaşdırılmasını xahiş etdi. Digər ölkələr kimi koronavirusun yayılmasından əziyyət çəkən Qırğızstan üçün bu xahişə müsbət cavabın verilməsi çox vacibdir, çünki onun Çinin qarşısında 1 milyard 794 milyon məbləğində borcu var. Marqarita pizza
Lakin nüfuzlu dünya ekspertlərinin pandemiyadan sonrakı qlobal düzümdə mühüm dəyişikliklərin baş verməsi haqqında proqnozlarını nəzər alsaq, çoxdandır müzakirə olunan kasıb ölkələrin, xüsusən Afrika ölkələrinin borclarının bağışlanması məsələsi öz həllini tapa bilərmi?
İqtisadçı alim Nazim Bəydəmirli hesab edir ki, borcların müddəti də uzadıla, yaxud ümumyyətlə bağışlana bilər. “Beynəlxalq Valyuta Fondu əsas olaraq müxtəlif donor ölkələrdən cəlb edilmiş vəsaitləri idarə edir və o vəsaitlərdən başqa ölkələrə kredit verir. Bu fond əsasən iki məqsədə xidmət edir: tədiyyə balansındakı qeyri-tarzlığı aradan qaldırmaq, büdcə xərclərinin kreditləşməsi başda olmaqla, ölkənin makroiqtisadi stabilliyinə yönəldilən tədbirlərin həyata keçirilməsi. Onun hansı ölkəyə hansı güzəştlər tətbiq etməsi əsas olaraq təsisçi-donor ölkələrin verəcəyi qərardan asılıdır. Əgər ABŞ və müttəfiqləri belə qərara gəlsələr, təbii ki, müddəti uzaldıla yaxud bağışlana bilər. ABŞ 17.78 %, Almaniya 5.58%, Yaponiya 5.53%, Böyük Britaniya 4.48%, Fransa 4.98%, Səudiyyə Ərəbistanı 3.45%, İtaliya 3.09%, Rusiya 2.9% və digər 50-dən yuxarı donor ölkələri öz faizlərinə uyğun səs verəcəklər. Böyük ehtimalla həm müddət uzadılacaq, həm də ki, müəyyən ölkələrin borcları silinəcək”, deyə Nazim Bəydəmirli bildirib.
İqtisadçı alim hesab edir ki, dövlətlərarası borcların ödənilməsində də şərtlər asanlaşdırıla, yaxud bağışlana bilər. “Bu pandemiyanın həmin ölkəyə hansı həcmdə zərər vurmasından asılı ola bilər”, - deyə Nazim Bəydəmirli əlavə edib.
Telegram kanalımız