““Kazbek”in bizim janra adiyyatı yoxdur” – Namiq Məna

saytların hazırlanması

Evə çatdırılma

““Kazbek”in bizim janra adiyyatı yoxdur” – Namiq Məna

Şou

02 Aprel 2019 17:29 1412


Son günlər ölkənin ziyalı təbəqəsi tərəfindən ciddi etiraza səbəb olan “Kazbek” mahnısının ifaçısı Vüsal Sədanın (Vüsal Abdullayev) üzərində marixuana aşkar edilərək həbs olunması  haqqında məlumat vermişdik.

“Yeni Sabah” narkomaniyanı təbliğ edən mahnıların və meyxanaların artması, bu halın gənclərə nə kimi təsir göstərə biləcəyi ilə bağlı meyxana ustadı, AYB Qubadlı Regional Birliyinin sədri Namiq Mənanın fikirlərini öyrənib.

Meyxana ustadı bildirib ki, bu mahnının bizim janra heç bir adiyyatı yoxdur. “Mən “Kazbek” mahnısını oxuyan adamı tanımıram. Onun həbs olunması xəbərini də sizdən eşitdim. Bu bayağı mahnılar son zamanlar çoxalıb. Belə mahnıların meyxana və bədiyyə ilə əlaqəsi yoxdur. Bu məsələ indi gündəmə gəlir. Amma mən bunu 15 il qabaq sənət yoldaşlarıma demişəm ki, el şənliklərində belə bu cür ifadələrə yer vermək olmaz.  Hər işdə ziyalı mövqe nümayiş etdirmək lazımdır. Meyxananı da etik çərçivədə, ziyalı şəkildə demək lazımdır”. Dominos pizza

Əcəmi Əsədulla

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!