Kəbədə Ramazan hazırlıqları tamamlandı

saytların hazırlanması

Evə çatdırılma

Kəbədə Ramazan hazırlıqları tamamlandı

Turizm

30 Mart 2021 10:56 990


Səudiyyə Ərəbistanında Kəbə və Məscid-i Nəbəvidə Ramazan üçün hazırlıqlar koronavirus epidemiyası çərçivəsində tamamlanıb.

Yenisabah.az xəbər verir ki, yerli media əvvəllər epidemiya daxilində həyata keçirilən tədbirlərin eyni şəkildə davam edəcəyini açıqlayıb. Həmçinin Ramazan ayında Təravih namazlarının 20 əvəzinə 10 rükət qılınacağı bildirilib. Digər tərəfdən Kəbədəki Mətaf bölgəsinin yalnız təvaf üçün açıq olacağı və bu ərazidə namaz qılınmayacağı diqqətə çatdırılıb. Bundan əlavə, yaşlıların və əlillərin onlara ayrılan yerdə namaz qılacağı qeyd edilib.

Bildirək ki, Səudiyyə Ərəbistanında açıqlanan son məlumatlara görə, 388 866 nəfərdə koronavirus faktı aşkarlanıb. Ölkədə 6 656 nəfər virusdan ölüb. Hazırda aktiv virus daşıyıcılarının sayı 4 906-dır. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!