Kəbənin qapısı xarici zəvvarların üzünə açıldı

saytların hazırlanması

Evə çatdırılma

Kəbənin qapısı xarici zəvvarların üzünə açıldı

Din

05 Noyabr 2020 11:46 1082


Koronavirus tədbirləri çərçivəsində 8 ay müddətinə xarici vətəndaşlar üçün dayandırılan ümrə ziyarətləri yenidən başlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Umrə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İndoneziya və Pakistandan gələn ziyarətçilər noyabrın 1-də ölkəyə çatıb və üç gün karantində qaldıqdan sonra Kəbəyə üz tutublar.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 4 oktyabr tarixindən ölkə vətəndaşları üçün ümrə ziyarətlərinə yenidən başlayıb. Sezar pizza

Xatırladaq ki, Səudiyyə Ərəbistanı 29 sentyabrda ümrə ziyarətləri üçün bəzi tədbirlərin görüləcəyini açıqlamışdı. Belə ki, koronavirus tədbirləri çərçivəsində Kəbə və Həcərül-Əsvədin ətrafına qoyulmuş barrikadaların orada qalmağa davam edəcəyi, ziyarətçilərin Kəbə və Həcərül- Əsvədə yaxınlaşmasına və onlara toxunmasına icazə verilməyəcəyi, həmçinin Kəbənin yerləşdiyi Məscidül-Həramın gündə 10 dəfə dezinfeksiya ediləcəyi bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!