Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyununda “Sumqayıt” “Zirə” ilə qarşılaşacaq.
“Sumqayıt”ın müdafiəçisi Adil Nağıyev “Yeni Sabah”a bu barədə açıqlama verib. Futbolçu psixoloji olaraq matça kökləndiklərini və yaxşı hazırlaşdıqlarını bildirib:
““Zirə” ilə oyuna çıxacağıq. Bu avrokuboklara getmək üçün şansdır. Çalışacağıq ki, bizə sərf edən nəticəni əldə edək. İndi hərkəs psixoloji olaraq kubok oyununa köklənib”. pizza
Çempionatda bu həftə “Neftçi” ilə oyunları olan A.Nağıyev hələki ancaq kubok matçı haqqında fikirləşdiklərini söyləyib: ““Neftçi”dən əvvəl çətin kubok oyunu bizi gözləyir. Sabahkı matçdan sonra “Neftçi” haqqında düşünmək olar”.
Qalib gəlməsəniz necə olacaq? sualının cavabında isə “bu futboldur, hər şey ola bilər. Keçə bilməsək də, həyat davam edir. Bununla futbol qurtarası deyil ki...” deyə, o, bildirib.
Qeyd edək ki, “Sumqayıt” – “Zirə” matçı 18:30-da başlayacaq.
Naibə Məmmədova
Telegram kanalımız