Zərdab Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Ruslan Nemətov vəfat edib.
Bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.
R.Nemətov qəfil ürək tutmasından dünyasını dəyişib. pizza mizza
Qeyd edək ki, Nemətov Ruslan Ağarəhim oğlu 1971-ci il sentyabrın 11-də Zərdab şəhərində anadan olub.
Orta təhsilini Zərdab şəhər M.Qroki adına 1 saylı orta məktəbdə (indiki H.Zərdabi adına məktəb-lisey) alıb.
1989-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsinə daxil olub. 1995-ci ildə təhsilini müvəffəqiyyətlə bitirib.
1995-1996-cı illərdə Musa Nağıyev adına Respublika Təcili Tibbi Yardım Stansiyasında internatura keçib.
1996-cı ildə Zərdab Rayon Mərkəzi Xəstəxanasının Anesteziologiya və Reanimasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 2002-2004-cü illərdə Əlahiddə Qoşun Birləşməsinin tibb xidməti rəisi olub.
2004-cü ildən Zərdab Rayon Mərkəzi Xəstəxanasında qulaq, burun və boğaz (LOR) həkimi kimi fəaliyyət göstərib.
2010-2023-cü illərdə Zərdab Rayon Mərkızi Xəstəxanasının baş həkimi olub.
Daha sonra xəstəxananın LOR həkimi kimi fəaliyyətini davam etdirib.
Ailəli idi və iki övladı var.
Telegram kanalımız