Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz ağciyər xərçəngindən cərrahiyyə əməliyyatı olunub.
"Yeni Sabah" Türkiyə KİV-nə istinadən xəbər verir ki, xəstəxanadan evə buraxılan 71 yaşlı sabiq hökumət başçısı hazırda kimyəvi terapiya müalicəsi alır.
O açıqlamasında bildirib ki, bu ilin yanvarında ağ ciyərində xərçəng şişi aşkarlanıb: “Yanvarın 23-də uğurlu cərrahiyə əməliyyat olundum. Hazırda kimyəvi terapiya müalicəsi alıram. Qrip virusu və infeksiya təhlükəsinə görə görüşlərim məhdudlaşdırılıb. Müalicə normal qaydada davam edir”. pizza hut
Telegram kanalımız