Beyləqan rayonu Əlinəzərli kənd sakini Əliyev Ruhid Məhəmməd oğlu ölkə prezidentinə videomüraciət edib.
“Yeni Sabah” xəbər verir ki, o öz müraciətində ona məxsus olan torpaq ərazisinin keçmiş deputat Ayaz Orucov tərəfindən qeyri-qanuni olaraq zəbt edildiyini bildirib. “2014-cü ildən Beyləqan rayonunun sabiq deputatı oliqarx Ayaz Orucov Beyləqan şəhərinin mərkəzində yerləşən bizim ailəyə məxsus olan Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsində qeyd 3-15, inventar nömrəsi 15 olmaqla qeydiyyatda olan 0.20 ha torpaq sahəmizi zorla əlimizdən alıb, bizə məxsus həmin ərazinin yaxınlığında fırıldaqçılıqla dövlətimizdən oğurladığı təxminən 1 hektara yaxın dövlətə məxsus torpaq sahəsində özü üçün qeyri qanuni inşa etdirdiyi imarətin həyətinə qatıb”.
R. Əliyev bildirib ki, deputatın qanunsuz hərəkətləri ilə bağlı müvafiq hüquq muhafizə orqanlarına dəfələrlə müraciət etsə də, heç bir tədbir görülməyib. “Halbuki, onun özü üçün imarət tikdiyi torpaq sahəsinə aid heç bir hüquqi sənədi yoxdur. Aidiyyatı qurumlar Ayaz Orucovu himayə edir. Onu Beyləqan Rayon İcra Hakimiyyətində müavin işləyən dostu Qələndərov Məhəmməd himayə edir. Rayon hüquq mühafizə orqanlarına təsir edir imkan vermir ki, şikayətizə baxılsın. Biz sizdən ailəmiz adından həm sahibkar kimi xahiş edirik bizim Ayaz Orucov tərəfindən kobudcasına pozulmuş hüquqlarımızın bərpası üçün bizə öz dəstəyinizi, öz köməkliyinizi əsirgəmiyəsiniz. Ölkəmizin ali qanunlarını saymayan harınlamış bəzi məmurlar barədə ölçü götürülməlidir”. pizza hut
Telegram kanalımız