Keçmiş icra başçısına qarşı təxribat: “Ermənilər də belə edirdi...”

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş icra başçısına qarşı təxribat: “Ermənilər də belə edirdi...”

Hadisə

21 Aprel 2022 13:00 921


Naftalan şəhərinin keçmiş icra başçısı Musa Musayevin adı yazılmış lövhə şəhərdə inşa olunmuş məscidin qarşısından sökülüb.

“Yeni Sabah” xəbər verir ki, bu haqda keçmiş icra başçısı məlumat verib.

O, bildirib ki, Naftalan şəhərindən olan Feysbukdakı dostları bu haqda ona xəbər veriblər: “Yazdılar ki, 2007-ci ildə mənim Naftalan şəhərində tikdirdiyim məscidin lövhəsini çıxarıblar. Orada məscidin necənci ildə və kim tərəfindən tikildiyi yazılmışdır. Sezar pizza

Onlar bu addımdan narahat olduqlarını dedilər. Mən də onlara deyirəm ki, narahat olmayın.

Lövhəni çıxarsalar da, tarixi saxtalaşdıra və məni naftalanlıların qəlbindən çıxara bilməzlər... Vaxtilə ermənilər də bu cür saxtakarlıqlar edirdilər və tariximizi silmək istəyirdilər. Son nəticə göz qabağındadır. Həməşə saxta adamlar bu cür saxtakarlıqla məşğul olublar”.
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!