Keçmiş kapitan dünyasını dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş kapitan dünyasını dəyişdi

İdman

13 Aprel 2019 18:22 873


"Liverpul"un sabiq kapitanı Tommi Smit dünyasını dəyişib.

"Yeni Sabah" Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, veteran futbolçu 75 yaşında vəfat edib. 

1962-1978-ci illərdə Mersisayd klubunun formasını geyinmiş keçmiş müdafiəçi "qırmızılar"ın heyətində keçirdiyi 638 oyunda 48 qol vurub. Müdafiədəki etibarlı oyununa görə ona "Enfild"in dəmiri" ləqəbi verilib. pizza hut

Dörd dəfə İngiltərə çempionu olan Smit 2 dəfə ölkə kuboku, 3 dəfə isə Superkuboku başı üzərinə qaldırıb. O, həmçinin 1977 və 1978-ci illərdə Avropa Çempionlar Kubokunu qazanıb. Hətta ilk finalda komandasının qələbə topunu vurub. Kapitan 2 dəfə isə UEFA kuboku və Superkubokuna sahib çıxıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!