Keçmiş məhkum oğurluğa görə tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş məhkum oğurluğa görə tutuldu

Kriminal

21 Yanvar 2023 16:02 770


Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr və cari ilin yanvar ayları ərzində rayonun bir neçə kəndi ərazisində yerləşən subartezian quyularına məxsus cərəyan kabellərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, araşdırmalarla onun Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Mübariz Bayramov olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq əməllərini etiraf edib. Toyuqlu pizza

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!