Keçmiş nazir müavininin qol saatları müsadirə olundu

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş nazir müavininin qol saatları müsadirə olundu

Hadisə

18 Aprel 2026 14:30 637


Moskvanın Doroqomilovski Rayon Məhkəməsi Dağıstan daxili işlər nazirinin keçmiş müavini, əslən azərbaycanlı olan Rüfət İsmayılovun qol saatlarını dövlətin xeyrinə müsadirə edib.  

“Yeni Sabah” xəbər verir ki, bu barədə TASS məhkəmə qərarının mətninə istinadən məlumat yayıb. 

Bildirilir ki, məhkəmənin qərarında müsadirə edilmiş səkkiz qol saatının dəyərinin 4,4 milyon rubl (təxminən 98 100 AZN) təşkil etdiyi qeyd olunub.  pizza mizza

Xatırladaq ki, daha əvvəl məhkəmənin qərarı ilə keçmiş nazir müavininin 533,6 milyon rubl (təxminən 11 milyon 755 min AZN) dəyərində qiymətləndirilən əmlakı müsadirə edilmişdi. 

Qeyd edək ki, R.İsmayılov və müavini Dalqat Abdulqapurov 7 noyabr 2023-cü ildə Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən saxlanılıblar. 1975-ci il təvəllüdlü Rüfət İsmayılov Dağıstanın Dərbənd şəhərində azərbaycanlı ailəsində dünyaya gəlib. Onun atası hakim Hikmət İsmayılov Dağıstanda hakim vəzifəsində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!