“Keçmiş nazirin var-dövlət və sərvəti meşədən gəlib” - Millət vəkili

saytların hazırlanması

Evə çatdırılma

“Keçmiş nazirin var-dövlət və sərvəti meşədən gəlib” - Millət vəkili

Siyasət

07 Fevral 2019 14:27 1186


“Əsas diqqət meşələrin, meşə ərazilərinin, qoruqların məhv ediməsinin qarşısının alınması, dayandırılması olmalıdır. Heç kimə sirr deyil ki, Azərbaycanda meşələr son illər ərzində bir çox məmurun, vəzifəli şəxsin gəlir, pul, qazanc mənbəyinə çevrilib”. 

“Yeni Sabah” xəbər verir ki, bunu sosial şəbəkədə millət vəkili Fazil Mustafa yazıb. Son günlərin gündəm olan mövzusuna toxunan deputat deyib ki, mətbuatında gedən məlumatlardan da bir daha aydın göründü ki, keçmiş ekologiya və təbii sərvətlər nazirinin sərvətləri, var-dövləti məhz meşələrin qırılması, məhv edilməsi, satılıb, sovrulması əsasında olub: “Bu var-dövlət, sərvət oradan gəlib. Bilirsiniz, beş-üç nəfərin meşədən meyvə dərməsi, onun satıb, özünə qazanc əldə etməsi, məhsul kimi istifadə etməsi problem deyil və olmamalıdır. Əksinə, kasıb, imkansız insanlar meşədən beş-üç kilo meyvə yığıb ailəsini, övladını sevindirirsə və yaxud onu satıb maddi qazanc əldə edirsə, bu, elə dövlətin yükün azaldılması deməkdir. Burada dəhşətli heç nə yoxdur.

Amma kimlərsə meşələrə, təbiətə qazanc, gəlir mənbəyi kimi baxırsa və gözünü qırpmadan meşələri məhv edirsə, bu, elə bilirəm ki, diqqət yetirilməli və qarşısı alınmalı olan əsas məsələdir. Bunun qarşısını almaq, bunu edənlərə qarşı daha çox sərt tədbirlər görmək lazımdır. Dənizlə, dəniz qumu ilə də bağlı qərar, qanun qəbul edildi. Amma dəniz qumunun talanmasının qarşısı alındımı? Xüsusilə Ələtdə çox keyfiyyətli qırmızı qum vardı, hamısı dağıdıldı, talan edildi, kimlərinsə milyonlar qazanmasına səbəb oldu. İndi belə bir qərar verməklə nə olacaq, nə olasıdır, nə dəyişəsidir ki? Hesab edirəm ki, məsələyə mahiyyəti üzrə yanaşmaq lazımdır və bu da ondan ibarətdir ki, meşələrin məhv edilməsinin qarşısı alınmalıdır. Buna daha çox diqqət yetirilməlidir. Bu, əsas məsələyə çevrilməlidir”. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!