Keçmiş polis əməkdaşı olan ərini öldürdü, balta ilə 15 hissəyə böldü -   ŞOK CİNAYƏTİN DETALLARI

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş polis əməkdaşı olan ərini öldürdü, balta ilə 15 hissəyə böldü - ŞOK CİNAYƏTİN DETALLARI

Kriminal

07 Aprel 2026 12:30 457


Türkiyənin Bursa şəhərində dəhşətli qətl hadisəsi baş verib.

“Yeni Sabah” “Milliyet”ə istinadən bildirir ki, 68 yaşlı Adalet Uzunoğlu 75 yaşlı əri Ali Fuat Uzunoğlunu xüsusi amansızlıqla qətlə yetirib.

Qadın keçmiş polis əməkdaşı olan ərini əvvəlcə öldürüb, daha sonra meyitini balta və bıçaqla 15 hissəyə bölərək paketlərə qoyub və yaşadığı ərazidəki zibil konteynerlərinə atıb. Sezar pizza

Qadın cinayətdən sonra polisə müraciət edərək həyat yoldaşının itkin düşdüyünü bildirib. O ifadəsində deyib ki, əri qapıya zəng çalındıqdan sonra aşağı enib və bir daha geri qayıtmayıb. Lakin hadisə yerinə baxış zamanı evdə qan izlərinin aşkarlanması və qadının ziddiyyətli ifadələr verməsi şübhələri artırıb.

Aparılan kriminal ekspertiza nəticəsində evdə tapılan qan izlərinin öldürülən şəxsə, balta və bıçaqdakı barmaq izlərinin isə qadına məxsus olduğu müəyyən edilib. Bundan sonra saxlanılan Adalet Uzunoğlu ilkin olaraq, qətli törətmədiyini iddia etsə də, meyiti parçaladığını boynuna alıb.

Onun sözlərinə görə, hadisə günü həyat yoldaşı pilləkənlərdən yıxılaraq ölüb. Qadın bildirib ki, hadisənin onun üzərinə atılacağından qorxduğu üçün meyiti parçalayıb və gizlətməyə çalışıb.

Faktla bağlı cinayət işi başlanıb və Adalet Uzunoğlu məhkəmənin qərarı ilə həbs edilib.

İstintaq çərçivəsində saxlanılan cütlüyün iki oğlu isə daha sonra məhkəmə qərarı ilə sərbəst buraxılıb.

Qeyd edək ki, öldürülən şəxs hadisə günü gecə saatlarında məsciddən çıxarkən təhlükəsizlik kameralarına düşüb. Buna baxmayaraq, onun meyitinin hissələri hələ də tam şəkildə tapılmayıb.

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!