Keçmişdə işlədiyi ofisdən 6000 manatlıq oğurluq edən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Keçmişdə işlədiyi ofisdən 6000 manatlıq oğurluq edən şəxs saxlanıldı

Kriminal

30 Dekabr 2025 17:04 504


Paytaxtın Nərimanov rayonunda talama cinayəti qeydə alınıb.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Zərərçəkən polisə müraciət edərək icarədarı olduğu ofisdən 6000 manat dəyərində kompüter və televizor oğurlandığını bildirib. Toyuqlu pizza

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində K.Həsənov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, gecə saatlarında əvvəllər çalışdığı iş yerinə gəlib və özündə saxladığı açarla qapını açaraq ofisi talayıb.

Sabunçu rayonunda keçirilən tədbir zamanı isə gecə vaxtı vətəndaşın evinin qarşısında saxladığı 1800 manat dəyərində mopedi oğurlamaqda şübhəli bilinən İ.Əlizadə və M.Quliyev də müəyyən olunaraq saxlanılıblar.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!