“Kəlbəcərdə , Basarkeçərdə, Laçında antiterror əməliyyatları ola bilər” 

saytların hazırlanması

Evə çatdırılma

“Kəlbəcərdə , Basarkeçərdə, Laçında antiterror əməliyyatları ola bilər” 

Siyasət

21 İyul 2022 16:46 1790


“10 noyabr razılaşmasının bəndləri tək-tək icra olunmalıdır. Ermənilər də bu bəndlərin icrasından yayınmaq üçün müxtəlif təxribatlar edə bilər. Bu kimi insidentlər gələcəkdə də gözlənilir. Hər bir halda ehtiyac yaranarsa antiterror əməliyyatları aparıla bilər”.

Bunu “Yeni Sabah”a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov  deyib. Qarabağda baş verən son hadisələri şərh edən hərbiçi bildirib ki, ermənilərin bölgələrdəki təxribatları davam edəcək.

Hərbi ekspertin bildirdiyinə görə, 2 gündür davam edən köç anti-terror əməliyyatlarına mane ola bilməz: pizza sifarişi

“Köçün başlandığı Ağalı yaşayış məntəqəsi sərhəddən çox kənarda yerləşir. Ona görə də, belə hesab edirəm ki, baş verə biləcək hər hansı antiterror əməliyyatlarına hazırkı köç heç bir maneə törədə bilməz. 

Məsələn, antiterror əməliyyatları Kəlbəcərdə , Basarkeçərdə, Laçında ola bilər, amma Zəngilana yaxın hər hansı ərazidə baş vermə ehtimalı yoxdur. 

Əgər ərazi bütövlüyümüz təhlükəyə düşərsə, sərhəd mühafizə dəstələrimizə qarşı hər hansı əməliyyat keçirilərsə və ya qarşı tərəfdən atəşkəs pozularsa, tərəfimizdən əməliyyat aparıla bilər. 

Bu səbəblərə ermənilər tərəfindən aparıla biləcək hər hansı mühəndis istehkam işləri, düşmənin təyin edilmiş ərazilərində yerdəyişmə edilməsi də daxildir. Bunlardan biri baş verdiyi halda hər hansı formada düşmənə qarşı lazımı cavab veriləcək. Bu silahla da ola bilər, yalın ayaqla da. Ermənilər heç bir halda ərazilərimizdə üstünlük əldə edə bilməz, bilməyəcək də.”

Nurlan Cəfəri


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!