Kəlbəcərdə qəzada həlak olan şəxs polkovnik-leytenant imiş - Foto

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcərdə qəzada həlak olan şəxs polkovnik-leytenant imiş - Foto

Hadisə

02 Fevral 2023 00:24 1129


Ötən gün Kəlbəcərin Qılınclı kəndi ərazisində “Niva” markalı avtomobilin idarəetməni itirərək Tərtər çayına aşması nəticəsində həlak olan şəxs polkovnik-leynenant olub.

Yenisabah.az xəbər verir ki, hadisə nəticəsində həlak olan 1981-ci il təvəllüdlü Nurlan Babayev bir müddət əvvəl ordu sıralarından təaqüdə çıxıb və Kəlbəcərdə mülki işçi kimi çalışıb.

21 il Azərbaycan ordusunda xidmət edən Nurlan Babayev Türkiyədə təhsil alan zabitlərdən olub. O, Ağdam, Tərtər, Gəncə və Naxçıvanda xidmət edib. Əslən Bakıdan olan N.Babayev bu gün paytaxtda dəfn olunacaq. pizza

Qeyd edək ki, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.

/Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!