Kəlbəcərdə vəziyyət necədir?   - Nazirlik açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcərdə vəziyyət necədir? - Nazirlik açıqladı

Maraqlı

24 İyul 2021 11:14 1582


Hazırda Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində vəziyyət sabitdir.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır.

Xatırladaq ki, ötən gün Ermənistan Silahlı Qüvvələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə sakini, 1993-cü il təvəllüdlü gizir Yaqublu Fərman Telman oğlu şəhid olub. pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!