“1990-cı illərdən üzü bu yana yaşananlara baxsaq, ermənilərin azərbaycanlılara qarşı göstərdiyi münasibəti, torpaqlarımızın işğalından sonra aparılan söhbətləri təhlil etsək, o dövrdəki danışıqlar ərəfəsindəki atəşkəsi dəfələrlə pozmalarını nəzərə alsaq, İkinci Qarabağ müharibəsindən sonra kapitulyasiya aktına imza atmalarına baxmayaraq, orada nəzərdə tutulan maddələrin yerinə yetirilməməsi bizə əsas verir ki, bu məsələlərə təəssüflənməməliyik”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov deyib.
O, son günlər sərhədin Vardenis-Kəlbəcər istiqamətində baş verən erməni təxribatlarına münasibət bildirib. pizza
A. Məmmədov xatırladıb ki, ermənilər mütəmadi olaraq bu ənənələrini davam etdiriblər:
“Onların konkret şəkildə qərar qəbul edə bilməmələri, eyni zamanda ermənilərin xarici qüvvələr – Fransa, İran və Rusiya tərəfindən idarə olunması, Qərb və Rusiyaya meylliyi, konkret mövqe tutmaması danışıqlar ərəfəsində atəşkəsin pozulmasına gətirib çıxarır.
Onların Zod istiqamətindən mövqelərimizi atəşə tutmaları isə erməni xislətindən gələn bir məsələdir. Bu gün Türkiyədə gedən seçkilər də buna təsir göstərəcək, amma arzuları gözlərində qalacaq. Bunlar gözləyir ki, Türkiyədə yeni bir dəyişiklik yarana bilər. Ona görə də baş verənləri sülh danışıqlarının uzanmasına və pozulmasına qarşı atılan addımlar kimi bunu qiymətləndirirəm”.
Millət vəkili hesab edir ki, bölgədə Azərbaycanın artıq söz sahibi olmasını, eləcə də ordumuzun bu gün ən güclü ordular sırasına daxil olmasını nəzərə alsaq, habelə dünya dövlətləri tərəfindən ölkəmizə verilən dəyəri götür-qoy etsək, o cümlədən Ermənistanın ordusu və iqtisadi gücünü tərəziyə qoysaq, onların etdiklərinin hamısı əbəs olacaq:
“Necə ki ermənilər 10 noyabr 2020-ci il tarixində kapitulyasiyaya imza atıblarsa, onlar Azərbaycanın diktələrini qəbul edəcəklər. Həm bütün dünya dövlətlərinə, həm Ermənistanın özünə, həm də bizə bölgədə sülhün olması lazımdır. Əgər onlar dinc yaşamaq istəyirlərsə, vaxtında sülh addımını atmalıdırlar. Yox, əgər bu addımlar atılmasa, bizim də həmişə olduğu kimi səbrimizin həddimizi var”.
Deputata görə, onda Dəmir Yumruq işə düşə, Azərbaycan öz sözünü deyə bilər:
“O zaman biz nəzərdə tutmuş məsələlərimizin icrasına nail ola bilərik. Çünki sərhədlərimiz hələ qəbul edilməyib. Bunun qəbul edilməsi üçün Qazaxın 7 kəndi ilə yanaşı Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması, Zəngəzur dəhlizin açılma məsələsi, sülh sazişinin bağlanma məsələləri var.
Yekunda Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin qoyulmasından sonra bunlar gördülər ki, başqa çıxış yolları yoxdur. Bu təxribatlar isə biz sağıq və ümidlə yaşayırıq deməkdir, amma bunlar əbəsdir. İnşallah, bu məsələlər Azərbaycanın masa üzərinə qoyduğu təkliflər üzrə öz həllini tapacaq”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız