Kəmaləddin Heydərov agentliyə yeni rəis təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Kəmaləddin Heydərov agentliyə yeni rəis təyin etdi

Sosial

15 Aprel 2026 16:41 373


Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə yeni rəis təyin edilib. 

"Yeni Sabah" Qaynarinfo-ya istinadla xəbər verir ki, yeni rəis Bəxtiyar İslam oğlu Tağıyevdir.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. pizza mizza

Ötən gün Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyininin rəisi Cəbrayıl Eldar oğlu Xanlarov vəzifəsindən azad olunaraq, fövqəladə hallar nazirinin müavini təyin edilib.

Xatırladaq ki, Bəxtiyar Tağıyev ötən ilin dekabr ayında FHN-nin Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi vəzifəsindən azad olunaraq, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini təyin edilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!