Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gəncə şəhərində Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarının və Gəncə şəhərinin sakinlərinin, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.
“Yeni Sabah” xəbər verir ki, nazir tərəfindən qəbul edilən 18 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 156, digər məsələlərlə bağlı müraciət edilib, 32 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.
Telegram kanalımız