Kəmaləddin Heydərov intellektual idarəetmə sistemini təqdim etdi

saytların hazırlanması

Evə çatdırılma

Kəmaləddin Heydərov intellektual idarəetmə sistemini təqdim etdi

Sosial

31 Avqust 2022 12:17 1227


Fövqəladə Hallar Nazirliyində nazir general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə keçirilən müşavirədə fövqəladə halların intellektual idarəetmə sisteminin təqdimatı edilib.

FHN-dən “Yeni Sabah”a verilən məlumata görə, bu sistem FHN-in qurumları arasında birgə fəaliyyətin daha yaxşı koordinasiya edilməsi və qüvvələrin daha effektli tətbiqi üçün nəzərdə tutulub. Geniş imkanlara malik bu sistem xüsusi və ən son nəsil müşahidə kameralarının köməkliyi ilə fövqəladə hal rayonunun real vaxt rejimində anında nəzarətə götürülməsi və qüvvələrin vaxt itirmədən çevik və səmərəli idarə edilməsinə imkan yaradacaq.

Bu sistemin əvvəlcə pilot layihə kimi konkret bir rayonda tətbiqi nəzərdə tutulur. Məhz bu pilot layihənin tətbiqi zamanı sistemin bütün xüsusiyyətləri praktiki olaraq real şəraitdə təhlil ediləcək, o cümlədən mümkün çatışmazlıqlar aradan qaldırılacaq və bundan sonra onun bütün ölkə üzrə tətbiqi ilə bağlı qərar veriləcək. pizza hut

Təqdim olunan fövqəladə halların intellektual idarəetmə sistemini yüksək qiymətləndirən nazir Kəmaləddin Heydərov onun pilot layihə olaraq qısa müddətdə tətbiqi ilə əlaqədar müvafiq tapşırıqlar verib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!