Kəmaləddin Heydərov məşhur generalı vəzifəsindən azad etdi

saytların hazırlanması

Evə çatdırılma

Kəmaləddin Heydərov məşhur generalı vəzifəsindən azad etdi

Siyasət

28 Avqust 2022 12:31 15314


Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.

“Yeni Sabah” xəbər verir ki, bu haqda xəbəri Manset.az saytı yayıb.

Xəbərdə bildirilir ki, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Şahmar Paşayev tutduğu vəzifəsindən azad edilərək, sərəncama götürülüb. pizza sifarişi

Onun yerinə isə FHN-in Bakı Regional İdarəsinin rəisi general-mayor Etibar İsmayılov təyin edilib. FHN-in Bakı Regional İdarəsinin rəisi vəzifəsinə isə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi general Məhərrəm Həsənov təyin olunub.

Sayt yazır ki, Şahmar Paşayevin vəzifəsindən azad olunması ilə bağlı bir neçə gün əvvəl xəbər yayılmışdı, lakin elə həmin gün imzalanan əmr dəyişdirilmişdi.

Şahmar Paşayevin vəzifəsindən azad olunması ilə bağlı məsələni FHN-nin İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşı Azər Sarıyev təsdiq edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!