Kəmaləddin Heydərov Qətərin xarici işlər naziri ilə görüşüb

saytların hazırlanması

Evə çatdırılma

Kəmaləddin Heydərov Qətərin xarici işlər naziri ilə görüşüb

Dünya

21 Fevral 2019 19:59 1213


Fevralın 20-də Doha şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın ikinci iclası keçirilib.

“Yeni Sabah” xəbər verir ki, iclasda Azərbaycan ilə Qətər arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədrləri – Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman Al Taninin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.

İclasda ikitərəfli əməkdaşlığın mövcud səviyyəsindən razılıq ifadə olunub, münasibətlərin bundan sonra da yüksələn xətlə davam etdirilməsinin vacibliyi vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr  aparılıb. pizza hut

Həmsədrlər ikitərəfli əlaqələri daha da inkişaf etdirmək məqsədilə iqtisadiyyat, ticarət, investisiya, maliyyə, sənaye, enerji, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Görüşün sonunda Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın ikinci iclasının Protokolu imzalanıb. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!