Kəmaləddin Heydərov tapşırıqlar verdi

saytların hazırlanması

Evə çatdırılma

Kəmaləddin Heydərov tapşırıqlar verdi

Rəsmi

13 Aprel 2019 01:47 1140


Şamaxı şəhərində fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin iştirakı ilə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ müşavirə keçirilib.

“Yeni Sabah” xəbər verir ki, müşavirənin keçirilməsində məqsəd zəlzələnin nəticələrinin aradan qaldırılması ilə həyata keçirilmiş tədbirlərin müzakirə edilməsi olub. Müşavirədə Fövqəladə Hallar Nazirliyinin, habelə aidiyyəti dövlət orqanlarının, o cümlədən “Azərenerji” ASC, “Azərişıq” ASC və “Azərsu” ASC-nin məsul şəxsləri də iştirak edib.

K.Heydərov bildirib ki, prezident baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı zəruri tədbirlərin görülməsi istiqamətində mühüm tapşırıqlar verib və görülən işlər bilavasitə ölkə başçısının nəzarəti altındadır. pizza mizza

Nazir təmir-tikinti işləri həyata keçirilərkən aidiyyəti qurumların üzərlərinə düşən vəzifələrinin vaxtında icrasının vacibliyini diqqətə çatdırb. Qeyd edib ki, kommunikasiya xətləri tikinti başlamamışdan əvvəl operativ olaraq ümumi şəbəkədən ayrılmalı, evlərin tikintisi başa çatdırıldan sonra dərhal qoşulmalıdır. Nazir yeni evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinin sənədləşdirilməsi işinin sürətləndirilməsinin zəruri olduğunu da diqqətə çatdırıb.

Nazir diqqətə çatdırıb ki, AMEA-nın Geologiya İnstitutu və rayon icra hakimiyyətləri evlərin inşası üçün yerlərin seçilməsində diqqətli olmalıdırlar. Tikinti aparılarkən evlərin qeyri-sürüşmə zonalarında tikilməsinə xüsusi diqqət yetirilməlidir. Tikinti işləri sürətlə, eyni zamanda keyfiyyətli aparılmalıdır.

Nazir söküntü və tikinti işlərinin plana uyğun olaraq vaxtında icra edilməsi və sentyabr ayına kimi yekunlaşdırılması üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!