Kəmaləddin Heydərov videosu yayılan polkovnik və qadın əməkdaşları işdən çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Kəmaləddin Heydərov videosu yayılan polkovnik və qadın əməkdaşları işdən çıxardı

Siyasət

16 Avqust 2022 19:55 188079


Son günlər intim videoları yayılan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyev vəzifəsindən azad edilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Zaur Mirzəyev xidmət zamanı yol verdiyi nöqsanlara görə işdən çıxarılıb. Toyuqlu pizza

Məlumata görə, intim videolarla bağlı artıq FHN-də daxili araşdırmalara başlanılıb.

Bundan başqa, nazirin digər əmri ilə FHN-in bir neçə qadın əməkdaşı da vəzifəsindən azad olunub.

Qeyd: Bir neçə gün öncə Zaur Mirzəyevin FHN-in inzibati binasında, xidməti otağında nazirliyin qadın əməkdaşları ilə birgə intim görüntüləri yayılıb.

FHN məsələyə rəsmi reaksiya verməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!