Kəmaləddin Heydərovun biabır olduğu anlar:   “Cənab Prezident ııı...” - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Kəmaləddin Heydərovun biabır olduğu anlar: “Cənab Prezident ııı...” - VİDEO

Siyasət

07 Fevral 2021 16:55 2977


Son günlərdə Prezident İlham Əliyevin məmurların Şuşa şəhəri barəsində təkliflərini tənqid etməsi mətbuatda geniş yer aldı. Prezident tənqid etdiyi məmurlar arasında Kəmaləddin Heydərovun da adını çəkdi. Fövqəladə Hallar nazirinin Prezident İlham Əliyev tərəfindən tənqid edilməsi sözün əsl mənasında rezonans yaratdı. Amma bu ilk belə hal deyil.

Yenisabah.az xatırladır ki, Kəmaləddin Heydərov Heydər Əliyevin Prezidentliyi dövründə ulu öndər tərəfindən də tənqid olunmuşdu. O zaman Dövlət Gömrük Komitəsinin sədri olan K.Heydərov Heydər Əliyevin keçirdiyi müşavirə zamanı çıxışa başlayır və Prezidenti mədh edən cümlələri ard-arda düzür. Bu zaman Heydər Əliyev onun çıxışını saxlayır. Hazırda problemlərdən və onların həllərindən danışmaq lazım olduğunu Komitə sədrinə sərt sözlərlə xatırladır. 

Özünü itirən K.Heydərov nala-mıxa vurmaqla birtəhər çıxışına davam etməyə çalışır və Heydər Əliyev onu bir neçə dəfə ciddi tənqid edir. pizza sifarişi

Kəmaləddin Heydərovun biabır olduğu həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!