Kənan dünya çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Kənan dünya çempionu oldu

İdman

27 Oktyabr 2025 09:54 475


Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatı sona yaxınlaşır.

Yenisabah.az xəbər verir ki, sərbəst güləş üzrə Azərbaycan millisinin 2 üzvü həlledici görüşə çıxıb.

Kənan Heybətov (70 kq) finalda iranlı Sina Xəliliylə qarşılaşıb. İlk hissədə rəqib üstün olsa da, həmyerlimiz əzmkar qələbə qazanıb. Rəqibinə 9:4 hesabıyla qalib gələn Kənan ilk dəfə U-23 dünya çempionu olub. Sezar pizza

Xetaq Karsanov (125 kq) da finalda İran təmsilçisiylə qarşılaşıb. Ancaq bu ildən ən ağır çəkidə çıxış etməyə başlayan milli üzvü Abolfazl Necada məğlub olaraq (0:11) gümüş medalı boynundan asıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!