Kənddən 9 mina tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Kənddən 9 mina tapıldı

Rəsmi

15 Aprel 2019 01:46 1200


Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində 3 ədəd minanın tapılması barədə məlumat daxil olub.

“Yeni Sabah” xəbər verir ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Mütəxəssislər əraziyə baxış keçirib, axtarış tədbirləri nəticəsində  9 ədəd təlim məqsədli tank əleyhinə mina və 1 ədəd təlim məqsədli tüstü şaşkası aşkar olunub. Sursatlar götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!