“Kəpəz”in futbolçusu Veysəl Rzayev bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

“Kəpəz”in futbolçusu Veysəl Rzayev bıçaqlandı

İdman

03 Fevral 2026 10:23 508


“Kəpəz”in futbolçusu Veysəl Rzayev bıçaqlanıb.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, yarımmüdafiəçi xəstəxanaya yerləşdirilib. Hadisənin hansı zəmində baş verdiyi isə bildirilməyib.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata görə, bu gün saat 05:10 radələrində 2002-ci il təvəllüdlü Veysəl Rzayev Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin olunub. Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır. pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!