Kəramət Böyükçöl sərbəst buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Kəramət Böyükçöl sərbəst buraxıldı

Maraqlı

19 Avqust 2020 17:26 1070


Dünən qonşuların şikayəti əsasında kirayədə qaldığı mənzildə saxlanılıb 28-ci Polis bölməsinə aparılan gənc yazar Kəramət Böyükçöl az öncə sərbəst buraxılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə xəbəri yazarın atası, şair-publisist Qəşəm Nəcəfzadə bildirib.

Avqustun 18-də gənc yazar Kəramət Böyükçöl hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada Kəramət Böyükçölün qonşularının və kirayədə qaldığı mənzilin sahibinin şikayətləri əsasında saxlanıldığını bildirib. Sezar pizza

"Onun kirayədə yaşadığı binanın sakinləri və mənzilin sahibi ərazi üzrə Polis bölməsinə müraciət edərək, iki gündür həmin mənzildən səs-küy gəldiyini və bu halın qonşuları ciddi narahat etdiyini bildiriblər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!