Kərbəlaya gedən zəvvarları aldatdılar - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Kərbəlaya gedən zəvvarları aldatdılar - TƏFƏRRÜAT

Din

13 Avqust 2025 00:59 4313


Kərbəla ziyarətinə gedən zəvvarları aldadıb Tiflisdə yarıyolda qoydular. "Risalət Travel"in rəhbərinin Kərbəla Ziyarətinə gedən zəvvarları çətin vəziyyətə saldığı iddia edilir.

Yenisabah.az xəbər verir ki, bu barədə zərərçəkən zəvvarlar "Xəzər Xəbər"ə müraciət ediblər.

Onlar bildirirlər ki, 200-ə yaxın şəxsin hər biri tur rəhbəri olan Rasim Şahbazov adlı şəxsə Kərbəla ziyarətinə getmək üçün 600 dollardan artıq pul ödəyib. Rasim Şahbazov isə zəvvarları Gürcüstanın Tiflis şəhərinə göndərdikdən sonra özünün də onların arxasınca gələcəyini bildirsə də, pulları mənimsəyərək yoxa çıxıb. Öz hesablarına avtobuslarla ziyarətə gedən zəvvarlar hazırda orada çətin vəziyyətdədirlər. Dördpendirli pizza

Zərərçəkən zəvvarlar deyirlər ki, tur rəhbəri onlara geridönüş biletləri də almayıb. Onlar da öz üzərlərində əlavə pul götürmədiklərindən bilet alıb geri dönə bilmirlər.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!